İQTİSADİYYAT


Salyanda istixana təsərrüfatından REPORTAJ

Dövlətin fermerlərə göstərdiyi dəstək torpaq sahiblərini məhsul bolluğu yaratmağa daha da həvəsləndirib. Bu həvəs xüsusilə istixana şəraitində yetişdirilən pomidor məhsulunda özünü göstərir. Belə ki, artıq fərdi ailə təsərrüfatları da bu sahəni genişləndirməyə maraq göstərirlər.
AZƏRTAC xəbər verir ki, Salyanın Yenikənd kəndində yaşayan Əliyevlər ailəsi 12 ildir pomidor əkini ilə məşğuldur. 2019-cu ilin məhsuldarlığından razı qalan ailə bu il də yenidən pomidor əkini aparıblar.