RƏSMİ


Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

-Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.
Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil.