ELM VƏ TƏHSİL


Ceyhun Bayramov da "#TəmizƏllər" kampaniyasına qoşuldu

Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov da "#TəmizƏllər" kampaniyasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, C.Bayramov estafeti UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardindən qəbul edib.
Öz növbəsində, Təhsil naziri estafeti Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpa ötürüb.