CƏMİYYƏT


Xaçmazda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Şöhrət Quliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şöhrət Quliyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.