İQTİSADİYYAT


Xaçmazda Çiləgir-Mançaroba yolunun asfaltlanmasına başlanılıb

Xaçmazda 2 min nəfərdən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun asfaltlanmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5,5 kilometr uzunluğundakı yolun yenidən qurulması Çiləgir, Mançaroba və Sabiroba kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq.