CƏMİYYƏT


Bəzi yerlərdə yağış yağacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.