CƏMİYYƏT


Bazar günü 37 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.