İQTİSADİYYAT


Yasamal rayonunda 7 kilometrlik küçə və yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Yasamal rayonunda təmirə ehtiyacı olan 7 kilometrlik küçə və yollarda kompleks tədbirlər görülür.
Rayonun Bakı Dairəvi yolu ilə Yeni Yasamal yaşayış massivini birləşdirən yeni bağlantı yolun tikintisinin, həmçinin Ümid Əkbərov, Müzəffər Həsənov, Fəridə və Pərviz Abbasovlar, Qədirli, Lev Tolstoy və Şamil Əzizbəyov küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin böyük bir hissəsi yerinə yetirilib.