ELM VƏ TƏHSİL


Ucqar dağ rayonu olan Lerikin kəndində 60 yerlik bağça tikilib

Regionlarda müasirtipli uşaq bağçalarının tikintisi azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraitdə təlim-tərbiyə almalarına şərait yaradır. Sevindirici haldır ki, bu tikinti işləri ölkəmizin ən ucqar yerlərində də həyata keçirilir. Buna ucqar dağ rayonu olan Leriki misal gətirə bilərik.AZƏRTAC xəbər verir ki, Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən 40 yerlik körpələr evi-uşaq bağçası artıq istismar müddətini başa vurmuşdu. Payız-qış fəslində azyaşlı körpələrin tədris müəssisəsinə gəlmələrində çətinlik yaranırdı.