SİYASƏT


Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın təxribatları ilə bağlı “Al Jazeera” telekanalına müsahibə verib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Jazeera” telekanalına müsahibə verib.Müsahibədə qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarının işğalı nəticəsində dinc sakinlərimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib.