“Al Jazeera” cəbhə xəttindən daha bir reportaj yayımlayıb: Mülki obyektlər də atəşə məruz qalır
30.09.2020 [13:16]
Xəbərin mətni
“Al Jazeera” telekanalı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla bağlı daha bir reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan Ordusunun əks-hücumları barədə məlumat verilir. Reportajda Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə istinadla məlumatlar diqqətə çatdırılır. Azərbaycan Ordusunun döyüşlərin miqyasını genişləndirdiyi qeyd edilir.