SİYASƏT


Azərbaycanın Müdafiə Nazirliyi bu gün saat 17:30-dək düşmənin məhv edilən döyüş texnikasının sayını açıqlayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sentyabrın 30-da saat 17:30-dək düşmənin məhv edilən döyüş texnikasının sayını açıqlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.