CƏMİYYƏT


Altmış beş yaşlı qusarlı polis döyüşə yollanmaq istəyən könüllülər sırasında

Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbələr bütün vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Gəncindən yaşlısına kimi hər kəs könüllü şəkildə ordumuza qoşularaq yeni tariximizin yazılmasında iştirak etmək istəyir. 65 yaşlı Qusar şəhər sakini Hacıbala Hacıyev də ordu sıralarına yola düşmək istəyən könüllülər sırasındadır.Hacıbala Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, cəbhəyə könüllü yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinə bir neçə dəfə müraciət edib. Əvvəlcə ona yaşının çox olduğunu deyərək imtina etsələr də, təkrar müraciətlərindən sonra könüllü kimi qeydiyyata alıblar.