Rusiyanın Baş prokuroru: İƏT-in korrupsiyaya qarşı mübarizə aparan qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq
28.10.2026 [12:44]
Xəbərin mətni
İqtisadi və insan hüquqları ilə bağlı risklər bir-biri ilə sıx əlaqəlidir. Korrupsiya ölkələrimizin təhlükəsizliyi və rifahı üçün ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, biz bu sahədə beynəlxalq fəaliyyətin birləşdirilməsi istiqamətində ardıcıl səylər göstəririk. BMT və digər beynəlxalq platformalar çərçivəsində razılaşdırılmış mövqenin formalaşdırılmasına çalışırıq. Bunu Rusiyanın Baş prokuroru Aleksandr Qutsan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə çıxışı zamanı deyib.