CƏMİYYƏT


Düşmən Horadizdə onlarla mülki şəxsin evinə və obyektlərinə ziyan vurub

Erməni hərbçiləri müharibə cinayətlərini davam etdirərək dinc sakinləri hədəf alırlar.
AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş müxbiri xəbər verir ki, düşmən Horadiz şəhərində bir sıra evləri və obyektləri artilleriya atəşinə tutub. Nəticədə bir neçə ev, geyim və tikinti materialları mağazası, yeməkxana, dərzi sexi, stomatoloq binası ciddi ziyan görüb.