SİYASƏT


Anar Eyvazov: Ermənistanın 200-dək tankı, 228 artilleriya qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir. AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.A.Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var.Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub.Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil texnikası, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb.