SİYASƏT


Hikmət Hacıyev: Ermənistan öz ərazisindən yaşayış məntəqələrimizə raket hücumu həyata keçirməklə Cenevrə Konvensiyasını pozur

Ermənistan silahlı qüvvələrinin acizliyi fonunda Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı raket hücumu həyata keçirilir. Ermənistan bununla Cenevrə Konvensiyasını pozur.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.