SİYASƏT


Azərbaycan Prezidenti: Bir il bundan əvvəl Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu

Danışıqlarda bizim əsas ümidverici məqamımız o idi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik. Bir mərhələdə beş rayon qaytarılsın, ikinci mərhələdə iki rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları vaxtilə olduğu kimi birlikdə yaşasınlar.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.