SİYASƏT


Prezident: Ermənistanın bizə qarşı yeni hücum təşkil etdiyi bir vaxtda atəşkəs məsələsi müzakirə mövzusu ola bilməz

Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualını cavablandırarkən bildirib.