SİYASƏT


Ceyhun Bayramov: Ermənistanın təxribatları zamanı Türkiyənin bütün səviyyələrdə dəstəyini gördük və hiss etdik

Sentyabrın 27-dən başlayaraq Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüzü və təxribatı nəticəsində Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücum edilib. İlk gündən etibarən bizim həm mülki, həm də hərbçilərimiz arasında itkilərimiz olub. Bu məqamda Azərbaycan Ordusu, Azərbaycan dövləti öz beynəlxalq hüququna, vətəndaşlarını müdafiə etmək hüququna və BMT-nin Nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atıb və əks-həmlə tədbirlərinə başlanılıb.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi brifinqdə söyləyib.