SİYASƏT


Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsini meydanda və masada birlikdə aparmağa davam edəcəyik

Bu səfərimin məqsədi Türkiyənin Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərməkdir. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü var, potensialı var. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də hansı sahədə ehtiyac duyarsa, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və biz hər platformada izah edirik, vurğulayırıq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı söyləyib.