SİYASƏT


Türkiyənin Xarici İşlər naziri: Ermənistan Yaxın Şərq regionundakı erməniləri Azərbaycanın işğal edilmiş ərazilərinə köçürür

Ermənistan beynəlxalq hüququ pozaraq Yaxın Şərq regionunda yaşayan erməniləri Azərbaycan işğal edilmiş ərazilərinə köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər.AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.