SİYASƏT


Prezident İlham Əliyev CNN-Türk telekanalına müsahibəsində Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib

Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi şərh edib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın da ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.