SİYASƏT


Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi “BBC World” telekanalının birbaşa efirində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavab verib

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “BBC World” telekanalının xəbərlər buraxılışının birbaşa efirində jurnalistin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında ermənilərin hərbi təcavüzünün davam etməsi barədə suallarını cavablandırıb.AZƏRTAC xəbər verir ki, E.Əmirbəyovun sözlərinə görə, zorakılığın sonuncu dəfə genişlənməsinə səbəb bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttinin üç istiqamətindən Azərbaycan mövqelərinə hücum edilməsi ilə bağlıdır. O vurğulayıb ki, erməni tərəfi bu təxribatın lap əvvəlindən Azərbaycanın dinc əhalisini və mülki infrastruktur obyektlərini əsas hədəf kimi seçib. Nəticədə 28 dinc sakin qətlə yetirilib, 144 nəfər yaralanıb.