SİYASƏT


Anar Eyvazov:Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir

Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət etməsi praktiki cəhətdən mümkün deyil.Nizami ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir.