Kiyevdə məşhur yazıçı Qriqori Hüseynovun 70-illiyinə həsr edilmiş tədbir keçirilib
16.12.2020 [10:08]
Xəbərin mətni
Kiyevdə xarici ölkə nümayəndəliklərinə xidmət üzrə Baş direktorluğun media mərkəzində Azərbaycan mənşəli görkəmli Ukrayna yazıçısı Qriqori Hüseynovun 70-illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Q.Hüseynov şəxsən Ukrayna Prezidenti tərəfindən mədəniyyət və ədəbiyyat sahəsində Ukraynanın ali dövlət təltifi - Taras Şevçenko adına Ukrayna Milli Mükafatı təqdim edilmiş yeganə azərbaycanlıdır.