Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda karantin qaydalarını pozan oyun zalı aşkarlanıb

16.12.2020 [17:29]

Xəbərin mətni

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.