CƏMİYYƏT


İmişlidə evdə partlayış olub, üç nəfər xəsarət alıb

İmişlidə partlayış nəticəsində üç nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün İmişli rayon Sarxanlı kəndində qeydə alınıb. Kənd sakini Tahir Atakişiyevə məxsus evdə qaz sızması zamanı güclü partlayış baş verib.
Hadisə zamanı ev sahibi Tahir Atakişiyev və həyat yoldaşı Ofelya Atakişiyeva, həmçinin ev sahibin qardaşı Səfər Atakişiyev yanıq xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.