MƏDƏNİYYƏT


Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun zəngin turizm potensialı var

Ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğuna avtomobil yolunun çəkilməsinə başlanılıb. Yolun istifadəyə verilməsi ilə burada turizmin inkişafı üçün əlverişli şərait yaranacaq.
AZƏRTAC xəbər verir ki, qoruq ərazisində otellərin tikilməsi və digər infrastrukturun yaradılması istiqamətində də işlər görülür. Bu barədə qoruğun direktoru Musa Mursaquliyev məlumat verib. Onun sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin payız aylarına qədər yekunlaşması nəzərdə tutulur. Bundan sonra turizm şirkətlərinin cəlb olunması planlaşdırılır.