CƏMİYYƏT


Xaçmazda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 min manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən və mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev olduqları müəyyən edilib.