CƏMİYYƏT


Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

Baş Prokurorluqla ölkəmizin aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq tədris müəssisələri, hüquq-mühafizə orqanları akademiyaları ilə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün tədbirlər davam etdirilir.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə, eyni zamanda, ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarının müəyyən edilməsinə töhfə verən Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan kimi Elmi-Məsləhət Şurasının fəaliyyətinin mühüm əhəmiyyəti xüsusi qeyd olunmalıdır.