ELM VƏ TƏHSİL


Yevlax rayonunun Qoyunbinəsi kəndində inşa edilən yeni məktəb binasında son tamamlama işləri görülür

Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik yeni binada son tamamlama işləri aparılır.
Tikintidə iş icraçısı Kamil Cəmilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iki mərtəbədən ibarət məktəb binasının ümumi tikinti sahəsi 2400 kvadratmetrdir. Məktəbdə 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, məktəbəhazırlıq qrupları üçün otaqlar, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.