ELM VƏ TƏHSİL


Tullantılardan müxtəlif cihazlar düzəldən yeniyetmə

Füzulidən olan istedadlı yeniyetmə Emil Əlizadə tullantılardan telefon üçün güc mənbəyi, sərinkeş, hava təmizləyici və digər cihazlar düzəldir. Emil ilk dəfə bu işə 12 yaşında sərinkeş düzəltməklə başlayıb. Daha sonra müxtəlif cihazları ərsəyə gətirən Emilin gələcək planları da var. O, düzəltdiyi əl işlərini daha da təkmilləşdirərək, bu sahədə tanınmış şəxs olmaq əzmindədir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əlizadə Emil İsfahan oğlu 2007-ci il mayın 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində dünyaya göz açıb. Uşaq yaşlarından texnikalara marağı olan Emil öz istedadı ilə seçilib.