ELM VƏ TƏHSİL


“Saytların dil mənzərəsi” mövzusunda tədbir təşkil edilib

İyulun 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirildiyini qeyd edib. O diqqətə çatdırıb ki, altmışdan artıq saytın dili ilə bağlı aparılan monitorinqin nəticələrinin əks olduğu hesabatda beş mindən artıq dil faktı aşkarlanıb.