ELM VƏ TƏHSİL


İsmayıllıda bir ailənin üç övladı tələbə adını qazanıb

İsmayıllı rayonunda şəhid Sahib Həsənov adına Qubaxəlil kənd tam orta məktəbinin məzunları olan Həsənovlar ailəsinin 3 övladı - iki əkiz bacı və bir qardaş builki qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailənin böyük övladı Səməndərağa 307 bal, bacılar Şəlalə 471, Lalə isə 401 bal toplayıblar. Hər üçü Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsinə qəbul olunublar.