ELM VƏ TƏHSİL


“Təhsil avtobusu – Qayıdış” layihəsinin növbəti dayanacağı Sabirabad rayonu olub

Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının şagirdləri “Təhsil avtobusu – Qayıdış” layihəsində iştirak ediblər. Şagirdlər asudə vaxtlarını səmərəli keçirməklə bərabər, həm də bir sıra intellektual yarışlara qatılıblar. Layihənin açılış mərasimində Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri, təlimçilər, BİR könüllülər, SABAH tələbələri iştirak ediblər.