ELM VƏ TƏHSİL


Hacıqabulda 864 şagird yerlik bina əsaslı təmir edilib

Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firudin Həmzəyev, Hacıqabul Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər. Bildirilib ki, məktəb binası 1988-ci ildə fəaliyyətə başlayıb. Bir neçə dəfə cari təmir işləri görülsə də, son illərdə məktəb binasının əsaslı təmirə ehtiyacı olduğu üçün tikinti-bərpa işlərinə start verilib və 864 şagird yerlik məktəb binası əsaslı təmir olunub.