ELM VƏ TƏHSİL


İmişlidə 600-dən çox bal toplayan məzunlar mükafatlandırılıblar

İmişlidə 600-dən çox bal toplayaraq tələbə adı qazanan məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər təhsil sahəsində qazanılan nailiyyətlərdən söhbət açıblar. Bildirilib ki, bu il İmişli rayonu üzrə ötən illərlə müqayisədə dəfələrlə çox məzun tələbə adına sahib olub. 380-dən çox şagird keçid balını toplayıb, onlardan 330-dan çoxu ixtisas seçimini edərək ali məktəblərdə qeydiyyata düşüb. Həmçinin tələbə adını qazananlardan 40 nəfəri 500-dən çox, o cümlədən 12 nəfər isə 600-dən çox bal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır