SİYASƏT


Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evi açılıb

Sentyabrın 21-də Avstriyanın Zalsburq şəhərində Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılışda Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycanın Zalsburqdakı fəxri konsulluğu, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, Avstriyada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.