ELM VƏ TƏHSİL


Bərdənin Qaradəmirçi kəndində 624 şagird yerlik məktəb binası istifadəyə verilib

Sentyabrın 22-də Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini İdris İsayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının qücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb.