ELM VƏ TƏHSİL


Siyəzən şəhərində 960 şagird yerlik məktəb binası istifadəyə verilib

Sentyabrın 22-də Mikayıl Müşfiq adına Siyəzən şəhər 2 saylı tam orta məktəb üçün tikilən bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 960 şagird yerlik, dördmərtəbəli məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır