ELM VƏ TƏHSİL


Şəhid övladı atasının adını daşıyan sinifdə təhsil alacaq

Vətən müharibəsində Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Paşayev Elgün İlham oğlunun adı Zobucuq qəsəbəsində 27 nömrəli tam orta məktəbdə sinfə verilib. Bu il sinifdə təhsil alacaq şagirdlərdən biri isə şəhidin öz övladıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin məzunu olan şəhid Elgün Paşayevin xatirəsini əbədiləşdirmək üçün pedaqoji şuranın qərarı ilə onun övladı Mələk Paşayevanın təhsilə başladığı 1a sinfinə şəhidin adı verilib.