SİYASƏT


Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün ərazisində sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.AZƏRTAC xəbər verir ki, insanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib, yaylım atəşi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır