SİYASƏT


Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycan Prezidentləri bölgədə sülh və rifah istədiklərini dəfələrlə vurğulayıblar

Bu gün türk dünyası üçün fərqli mənalar daşıyan vacib bir tarixdir. Bu gün, eyni zamanda, Qarabağın azadlığına gedən Vətən müharibəsinin başladığı, can Azərbaycanın şəhidlərinin anıldığı gündür. Əziz şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.