SİYASƏT


Strasburqda şəhidlərimizin xatirəsi anılıb

Strasburqda 27 sentyabr - Anım Günündə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Türkiyə Böyük Millət Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ahmet Yıldız, Türkiyənin Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Kaan Esener, Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.