SİYASƏT


Ankaradakı Azərbaycan Evində Vətən müharibəsi şəhidləri yad edilib

Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun və ölkəmizin Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində qardaş ölkənin rəsmi şəxslərı, deputatlar, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri və soydaşlarımız iştirak ediblər.