SİYASƏT


27 sentyabr – Anım Günü Türkiyənin İğdır şəhərində də qeyd olunub

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü Türkiyənin İğdır şəhərində də qeyd olunub.Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mərasimdə İğdır valisi Hüsyen Engin Sarıibrahim, vilayətin polis rəisi Oğuzhan Yonca, Türkiyənin Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yerli şöbələrinin rəhbərləri, şəhər ictimaiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır