SİYASƏT


Latviyada Vətən müharibəsi qurbanlarının xatirəsi yad olunub

Sentyabrın 27-də Azərbaycanın Latviyadakı səfirliyində Anım Günü münasibətilə rəsmi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Latviyada fəaliyyət göstərən Azərbaycanın diaspora təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır