SİYASƏT


Anım Günü ilə əlaqədar Kiyevdə Azərbaycanın Dövlət Bayrağı və “Xarıbülbül” videoproyeksiya etdirilir

Ukraynanın paytaxtı Kiyev şəhərində 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağı və “Xarıbülbül” nişanı nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, üçrəngli bayrağımız və “Qarabağ Azərbaycandır!”, “Qəhrəmanlarımızı xatırlayır və fəxr edirik!” şüarları və “Xarıbülbül” nişanı ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq videoproyeksiya edilir.
Videogörüntü şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.