SİYASƏT


Ukrayna telekanalı 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı xüsusi reportaj yayımlayıb

Ukraynanın nüfuzlu “5 kanal” telekanalı 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda jurnalist Vətən müharibəsinin ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətinə toxunub. Bildirib ki, bu müraciət Azərbaycan xalqı tərəfindən diqqətlə izlənilib.